Dissertasiya işinin müzakirəsi keçirilib
2025-ci il 11 sentyabr tarixində BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının qiyabi doktorantı Surxaylı Əfsanə Ehtibar qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2206.01 – “Molekulyar fizika” ixtisası üzrə “Si-PS və Si-PVX polimer nanokompozitlərin quruluşu və fiziki xassələri” mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri professor Niftalı Qocayev iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən hamısının iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Surxaylı Əfsanə dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər ADPU-nun Ümumi fizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Cahangir İslam oğlu Hüseynov və BDU-nun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti, f.r.e.n. Eldar Səməd oğlu Qarayev dissertasiya mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Gizli səsvermə keçirildi və iclas iştirakçıları Surxaylı Əfsanənin fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Surxaylı Əfsanə Ehtibar qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Si-PS və Si-PVX polimer nanokompozitlərin quruluşu və fiziki xassələri” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2206.01 – "Molekulyar fizika" ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.