Dissertasiya işinin müzakirəsi keçirilib
20 dekabr 2022-ci ildə BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası, Optika və molekulyar fizika, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedralarının birgə elmi seminarında “Yarımkeçiricilər fizikası” kafedrasının əməkdaşı Məmmədov Rövşən Məmməd oğlunun 2220.01 “Yarımkeçiricilər fizikası” ixtisası üzrə fizika elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «AIBIIICVI tipli ücqat halkogenid birləşmələrin nazik təbəqələrin alınması və xassələri» mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Optika və molekulyar fizika kafedrasının müdiri professor Rəna Qasımova iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Rövşən Məmmədov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.r.e.d., prof.Yusif Nurullayev və f.e.d., dos. Nadir Abdullayev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Rövşən Məmmədovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Rövşən Məmmədovun təqdim etdiyi «AIBIIICVI tipli üçqat halkogenid birləşmələrin nazik təbəqələrin alınması və xassələri» mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2220.01 – "Yarımkeçiricilər fizikası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Müdafiə Şurasına təqdim etmək olar.