Doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib

01 aprel 2026-cı ildə BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası, Optika və molekulyar fizika, Yarımkeçiricilər fizikası kafedralarının və BDU-nun İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar ETL ilə birgə təşkil etdiyi elmi seminarda Nanomaterialların kimyəvi fizikası kafedrasının sabiq doktorantı Şirinova Həbibə Aslan qızının 2222.01 Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə fizika elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Termoplastik polimerlər (PS, PVX, PVDF, PP, PE) və Fe3O4 nanohissəcikləri əsaslı nanokompozi̇tləri̇n elektromaqnit dalğaları ilə qarşılıqlı təsirinin xüsusiyyətləri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, professor Maarif Cəfərov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Şirinova Həbibə Aslan qızı dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.r.e.d Rəna Qasımova və f.e.d. Rəhim Ələkbərov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Həbibə Şirinovanın fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Şirinova Həbibə Aslan qızı təqdim etdiyi " Termoplastik polimerlər (PS, PVX, PVDF, PP, PE) və Fe3O4 nanohissəcikləri əsaslı nanokompozi̇tləri̇n elektromaqnit dalğaları ilə qarşılıqlı təsirinin xüsusiyyətləri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2222.01 – "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.