Doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib

01 aprel 2026-cı il tarixində BDU-nun Fizika fakültəsinin Fiziki elektronika, Bərk cisimlər fizikası və Nanomaterialların kimyəvi fizikası kafedralarının və BDU-nun Fizika Problemləri ETİ-nin birgə elmi seminarında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Məmmədov Vüsal Usub oğlunun 2211.01 - “Bərk cisimlər fizikası” ixtisası üzrə “Si(SiO2, SiC) və A2B6 tipli Nanoquruluşlu materialların elektron xassələri” mövzusunda fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib (Elmi məsləhətçilər f.-r.e.d. professor Maarif Cəfərov və f.e.d. dosent Hüseyn Məmmədov). İclasın sədri f.-r.e.d. professor Əhməd Abdinov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verib. Vüsal Məmmədov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə edib. Rəyçilər, f.e.d. Eldar Ələkbərov və f.e.d. Hüseynağa Hüseynov dissertasiya işi barədə rəylərini və iradlarını bildiriblər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirib və seminar iştirakçılarının suallarını cavablandırıb. Açıq səsvermə keçirilib və iştirakçılar Vüsal Məmmədovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs veriblər.
Qərar qəbul olunub ki, Məmmədov Vüsal Usub oğlunun təqdim etdiyi “Si(SiO2, SiC) və A2B6 tipli Nanoquruluşlu materialların elektron xassələri” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2211.01 - “Bərk cisimlər fizikası ”ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.