Elmi seminarda bərk cisimlərin radiasiya texnologiyası müzakirə olunub

21 noyabr 2025-ci il tarixində Fizika fakültəsinin Fiziki elektronika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Şahin Ələkbərov “Bərk cisimlərin radiasiya texnologiyası haqqında” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, bərk cisimlərdə, əsasən dielektriklərdə və yarımkeçiricilərdə dielektrik və elektrik xüssiyyətlərinə onların daxilində olan defektlərin böyük təsiri var. Bu həmin defektlərdə, həcmi yüklərin yığılması və elektronları səpilməsi ilə əlaqədardır. Belə çatışmazlığı aradan qaldırmaq üçün bu bərk cisimləri termik emal edirlər. Çox vaxt termik emal zamanı gözlənilən nəticələr alınmır. Bu səbəbdən həmin maddələri termik emal əvəzinə lazım olan dozada enerjini həmin cisimlərə yüksək enerjili kvantlar və ya zərrəciklər vasitəsilə verirlər. Bundan əlavə yarımkeçiricilərdə radiasiya hesabına deqradasiya - əlavə defektlərin yaranması baş verir. Belə olan halda bu yarımkeçiricilərin istismar müddəti kəskin surətdə azalmış olur. Yarımkeçirici kristalların mükəmməlliyi və bircinsliyi, defektlərinin azlığı bu yarlmkeçirici kristalların əsasında yaradılan cihazların işləmə müddətini artırır. Bu çatışmazlıqları əvvəlcədən müəyyən etmək və onları aradan qaldırmaq üçün yüksək enerjili elektronlarla şüalandırmaq, qamma şüalarla şüalandırmaq və s. həyata keçirilir və onların radiasiya oblastında işləmə müddətləri əvvəlcədən müəyyən olunur (kosmonavtika sahəsində). Eyni prosesləri şəffaf və qeyri-şəffaf dielektriklərdə UB şüalandırma vasitəsilə həyata keçirərək dielektrikin dielektrik parametrlərinin uzun ömürlülüyünü (materialın qocalması) əvvəlcədən müəyyən edilir.