Elmi seminarda Fizikanın tədrisində fundamental nəzəriyyələr müzakirə olunub
17 dekabr 2024-cü il tarixində Fizika fakültəsi Ümumi fizika və FTM kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedra müdiri Rəhim Rəhimov “Fizikanin tədrisində fundamental nəzəriyyəllər” mövzusunda çıxış edib. O qeyd edib ki, orta məktəb fizika kursunun idrakı nəzəriyyəsi təlimin əsas prinsiplərinə və onların həlli istiqamətlərinə ciddi təsir göstərir. Hazırda fizika kursunda aktuallığını tez itirən ikinci dərəcəli məlumatlardan azad olmaq tendensiyası formalaşır. Ona görə də kursun nəzəri nüvəsini müəyyən etmək həyati əhəmiyyət kəsb edir.
Hal-hazırda orta məktəbin yuxarı siniflərində fizika kursundan tədris materialları 4 fundamental fiziki nəzəriyyəyə əsasən formalaşır. Klassik mexanika, termodinamika və statistik fizika, makroskopik elektrodinamika, kvant fizikası. Məktəb fizikia kursunun bölmələrindəki mövzuları ümumiləşdirmək üçün nəzəriyyənin təlim prosesində idrak mərhələləri ilə uyğun gəlməsi vacib şərtdir.
Hər bir fundamental nəzəriyyənin əsası,özəyi və nəticələri mühüm əhəmiyyət daşıyır. Əsas təcrübi faktlar və qanunauyğunluqların ən vaciblərini əhatə edir. Özəyə əsasən riyazi formada ifadə olunmuş ümumi qanunlar daxil edilir.