Elmi seminarda magistrantlar çıxış ediblər

Fizika fakültəsinin “Maddə quruluşu” kafedrasının elmi seminarında kafedranın II kurs magistrantlarının dissertasiya müdafiəsinin ilkin müzakirəsi keçirilib.
“Bioloji sistemlər fizikası” ixtisaslaşması üzrə Qurbanova Fidan Gəray qızı «Bəzi biratomlu spirtlərin sulu məhlullarının struktur temperaturu metodu ilə tədqiqi», Kərimli Yasəmən Qurban qızı «Rubiskolin molekullarının analoqlarının fəza quruluşlarının tədqiqi», Miriyeva Elnurə Elsevər qızı “Müxtəlif molekulyar kütləli dekstranın sulu məhlullarının bir sıra fiziki-kimyəvi xassələrinin tədqiqi”;
“Atom və nüvə fizikası” ixtisaslaşması üzrə Məmmədova Gövhər Hacıağa qızı “Yüksək enerjili adron reaksiyaları və yumşaq pomeronun bu proseslərdəki rolu”, Bayramlı Aysel Nizami qızı “b-çevrilmədə elektronların spektri. Sarcent qaydası.”, Əmənov Kənan Vüqar oğlu “Qoparma reaksiyalarında Kulon qarşılıqlı təsirin nəzərə alınması”;
“Radiasiya materialşünaslığı” ixtisaslaşması üzrə Mövsümova Məlahət Elnur qızı “Sürətli neytronların uran karbid mühitində enerjiitirmə və defektəmələgəlmə prosesləri”, Bədəlova Natavan Elşən qızı “Silisium karbid nanokristallarının nüvə reaktorlarında örtük elementi kimi tətbiq potensialı” mövzularında çıxış ediblər.
Seminarın sonunda magistrantların məruzələri ətrafında müzakirələr aparılıb və dissertasiya işlərinin müdafiəyə təqdim olunması üçün faydalı tövsiyələr verilib.