Elmi seminarda nüvə maqnit rezonansı barədə danışılıb

19 noyabr 2025-ci il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Niyazi Həsənov “Nüvə maqnit rezonansı və tətbiq sahələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, nüvə maqnit rezonansı (NMR) - spini sıfırdan fərqli nüvələrə malik maddələrin xarici maqnit sahəsində elektromaqnit enerjisini rezonans udması və ya şüalandırmasıdır. NMR müxtəlif kimyəvi və biokimyəvi reaksiyalar da daxil olmaqla, mayelərdə dinamik proseslərin, bərk materialların tərkibinin, strukturunun və fiziki- kimyəvi çevrilmələrinin tədqiqində geniş istifadə olunur. Qeyd olunub ki, maqnit rezonans tomorafiyanın köməyilə canlı obyektlərin morfologiyasını da öyrənmək olar. Niyazi Həsənov bu istiqamətdə son vaxtlar əldə olunmuş elmi nəticələr barədə məlumat verib.