Elmi seminarda qeyri-xətti optika barədə danışılıb
25 aprel 2025-ci il tarixində Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda Optika və molekulyar fizika kafedrasının müdiri professor Rəna Qasımova “Qeyri-xətti optikanın bəzi aktual məsələləri” mövzusunda çıxış edib. R.Qasımova qeyd edib ki, lazerlərin kəşfindən əvvəl işığın maddə ilə qarşılıqlı təsiri adətən xətti təsirlərlə nəticələnirdi. Lakin, lazer impulslarına məruz qaldıqda, maddənin xassələri əsas etibarilə qeyri-xətti olur. Bu fakt çərçivəsində chirped impulsların gücləndirilməsi məsələləri müzakirə olunur. Təklənmiş impulsun, solitonun alınması və tətbiqi üsulları da nəzərdən keçirilir. İnformasiya-kommunikasiya texnologiyalarında rəng modelləri müzakirə olunur. Bu baxımdan kvazi sinxron qarşılıqlı əlaqə əsasında işləyən qurğular hazırlanmışdır. Məruzəçi fiber optik sensorlar haqqında məlumat verib və koherent anti-Stoks Raman səpilməsinə əsaslanan sensorlarda KARS-dan istfadəni təklif edib.