Elmi seminarda Raman spektroskopiyasının xüsusuiyyətləri barədə danışılıb
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmlar elmi-tədqiqat laboratoriyasının və Nanomaterialların kimyəvi fizika kafedrasının birgə növbəti elmi seminarı keçirilib. Seminarda laboratoriyanın aparıcı elmi işçisi Zakir cahangirli “Raman Spektroskopiyasi. Ab-initio hesablamalardan β-Ag2S kristalının dinamik xassələri və Raman səpilməsi” mövzusunda çıxış edib. Məruzəçi bərk cisimlərin dinamik xassələri, kristalda ion rəqsləri, fonon tezlikləri və onların qeyd olunması metodlarından danışıb. Raman spektroskopiyasının fiziki əsasları, tətbiqi və Raman spektrindən əldə oluna biləcək fiziki xassələr haqqında geniş məlumat verib. Sonda β-Ag2S kristalının Ab-initio hesablamalarından alınan və Raman spektroskopiyası vasitəsilə qeyd olunan fonon spektri araşdırıldı və nəzərriyədən alınan və eksperimental qeyd olunan fonon tezlikləri müqayisə olunub. Onların bir-birilə yaxşı uzlaşdığı qeyd edilib.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.