Elmi seminarda videoyazıya görə obyektin hərəkət parametrlərinin müəyyən olunması barədə danışılıb
05 noyabr 2024-cü il tarixində Fizika fakültəsinin elmi seminarında Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev “Videoyazıya görə obyektin hərəkət parametrlərinin müəyyən olunması” mövzusunda məruzə ilə çıxış edib. L.Əliyev bildirib ki, yol-nəqliyyat hadisəsi hallarının araşdırılmasında hadisənin qeydə alındığı videoyazının tədqiqi obyektin hərəkət parametrlərinin müəyyən olunmasında, şahid ifadələrinə əsaslanan subyektivlikdən uzaq nəticələrin alınmasında mühüm əhəmiyyət kəsb edir. Məruzədə videoyazılardakı kadrlarda yazı qurğusunun optik sisteminin yaratdığı monoxromotik və həndəsi aberrasiyaların nəticəsi olan optik təhriflərin aradan qaldırılması metodları, iki vizual hadisə arasındakı real zaman intervalının hesablanması üçün videoyazının analiz üsulları barədə məlumat verildi.