Elmi Şuranın iclası keçirilib
08 iyun 2023-cü il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə Fizika fakültəsinin kafedralarında boş olan yerlərə seçkilərin keçirilməsi və cari məsələlər daxil edilib. Elmi Şuranın sədri, fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək, gündəliyi iştirakçılara təqdim etdi. Elmi Şura üzvləri gündəliyi təsdiq edildikdən sonra sədr məlumat verib ki, “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasında 2, “Yarımkeçiricilər fizikası” kafedrasında 1, “Optika və molekulyar fizika” kafedrasında 1, “Bərk cisimlər fizikası” kafedrasında 0,5 dosent vəzifəsinə, eləcə də “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri vəzifəsinə müsabiqə elan olunub və hər yerə bir namizəd sənədlərini təqdim edib. Belə ki, “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasında Cabbar Cabbarov və Eldar Qarayev, “Yarımkeçiricilər fizikası” kafedrasında Sona Cahangirova, “Optika və molekulyar fizika” kafedrasında Lalə Hacıyeva, “Bərk cisimlər fizikası” kafedrasında Mehdi Mahmudov dosent vəzifəsinə, Maarif Cəfərov “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri vəzifəsinə namizədliklərini təqdim ediblər. Elmi Şuranın üzvləri namizədlərin iddia etdikləri vəzifələrə layiq olduqlarını bildirərək, gizli səsverməyə keçilməsini təklif ediblər. Gizli səsvermənin keçirilməsi üçün üç nəfərdən ibarət komissiya yaradılıb. Sonra gizli səsvermə keçirilib. Gizli səsvermənin nəticələrinə görə bütün namizədlər yekdilliklə iddia etdikləri vəzifələrə seçiliblər.
Cari məsələlər olaraq “Nəzəri fizika” kafedrasının doktorantı Emiliya Ömərovanın ikinci elmi rəhbəri Anar Rüstəmovun elmi rəhbərlikdən imtina ilə bağlı müraciətinə baxıldı və müraciət təmin olundu. “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının müdiri Rəhim Rəhimovun və dosent Abbas İmaməliyevin müəllifi olduqları “Məktəb fizika kursunda məsələ həllinin metodikası” dərs vəsaitinin çap olunması və qrif alınması üçün BDU Elmi Şurası qarşısında vəsatət qaldırılması qərara alındı.