Elmi Şuranın iclası keçirilib
12 iyun 2024-cü il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Fizika fakültəsində yaz imtahan sessiyasının gedişi barədə.
- Fakültənin saytı ilə bağlı görülməli işlər barədə.
- Doktorantların attestasiyası.
Birinci məsələ barəsində tədris işləri üzrə dekan müavini Vüsal Məmmədov məlumat verib və yaz imtahan prosesinin ümumən normal getdiyini bildirib. O, imtahan biletlərində bəzən uyğunsuzluqlar aşkar olunduğunu, bu cür problemlərin yarindəcə həll olunduğunu qeyd edərək, gələcəkdə kafedralarda bu məsələyə ciddi yanaşılmasının zəruriliyini nəzərə çatdırıb. İkinci məsələ ilə bağlı danışan dekan Bəxtiyar Paşayev fakültənin saytında bəzi məlumatların mütəmadi yenilənməli olduğunu bildirərək, bu məqsədlə kafedraların bu işdə fəallıq göstərmələrini, göndərilən sorğulara vaxtında və dolğun cavab vermələrini xahiş edib.
Üçüncü məsələ olaraq doktorantların attestasiyasına baxılıb. Elmlər doktoru proqramı üzrə “Nəzəri fizika” ixtisasında doktorant Dadaşov Elnur Əhmədağa oğlunun, “Molekulyar fizika” ixtisasında Hacıyeva Şəhla Nəbi qızının, fəlsəfə doktoru proqramı üzrə “Molekulyar fizika” ixtisasında doktorantlar Surxaylı Əfsanə Ehtibar qızının və Şükürova Jalə Zaur qızının, “”Nanoquruluşların fizikası və texnologiyası” ixtisasında Mehtiyeva Xatirə Zirəddin qızının, Bağırov Məhəmməd Bağır Əflatun oğlunun və Rəsulova Aidə Rövşən qızının, “Elektronika” ixtisasında Bəxtiyarlı Elvin Rameş oğlunun, “Yarımkeçiricilər fizikası” ixtisasında Balayeva Lamiyə Azər qızının və Azadov Mustafa Rövşən oğlunun, “Bərk cisimlər fizikası” ixtisasında Dəmirov Rağib Yavər oğlunun cari tədris ili üçün hesabatları dinlənilib və növbəti kursa keçmələri barədə müsbət qərar qəbul olunub.
Cari məsələlər müzakirə olunduqdan sonra Elmi Şuranın iclası başa çatıb.