Elmi Şuranın iclası keçirilib
13 May 2024 21:20
13 may 2024-cü il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Bakı Dövlət Universitetinin Fizika fakültəsi və Fizika problemləri ETİ-nin təşkilatçılığı ilə “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”nə həsr olunmuş magistrantların və gənc tədqiqatçılarım “FİZİKA VƏ ASTRONOMİYANIN PROBLEMLƏRİ” XXIV Respublika elmi konfransının təşkili və keçirilməsi, hazırlıq işlərinin vəziyyəti barədə.
- “Ümummilli Lider Heydər Əliyevib anadan olmasının 101 illiyi münasibəti ilə keçirilən tələbələrin respublika olimpiadasına hazırlıq işləri bardə.
- Cari məsələlər
Birinci və ikinci məsələlər barədə fakültə dekanı Bəxtiyar Paşayev məlumat verib. O, Respublika konfransına və olimpiadasına hazırlıq işlərinin tamamlandığını qeyd edib.
Cari məsələ olaraq Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Lalə Qəhrəmanlının, Nanoaraşdırmalar ETL-in elmi işçisi Aynurə Kərimovanın və Maddə quruluşu kafedrasının müəllimi Leyla Ağayevanın elmlər doktoru proqramı üzrə doktoranturaya sənəd verməsi məsələsinə baxılıb və müsbət qərar qəbul olunub.
Son XƏBƏRLƏR
26.06.2025 | 12:42
Qəhrəmanlıq və şərəf bayramı
23.06.2025 | 14:32
BDU “Times Higher Education” reytinqində TOP-600-də qərarlaşıb
20.06.2025 | 17:13
Fizika fakültəsində dissertasiyanın ilkin müzakirəsi keçirilib
19.06.2025 | 16:10
BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
18.06.2025 | 09:35