Elmi Şuranın iclası keçirilib
18 aprel 2024-cü il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-cü ildönümünə həsr olunmuş “Gələcəyin alimləri” adlı tələbələrin IX Respublika elmi konfransının təşkili və keçirilməsi, hazırlıq işlərinin vəziyyəti
- Buraxılış işlərinin və magistr disssertasiya işlərinin hazırkı vəziyyəti
- Bakalavriat səviyyəsi üzrə IV kurs tələbələrinin və II kurs magistrantlarının elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat təcrübələrinin gedişatının müzakirəsi.
- Cari məsələlər
Birinci və ikinci məsələlər barədə fakültə dekanı Bəxtiyar Paşayev məlumat verib. O, Respublika konfransına hazırlıq işlərinin tamamlandığını qeyd edib.
Buraxılış işlərinin və magistr dissertasiya işlərinin ilkin müzakirəsinin keçirilmə tarixi müzakirə olunub və may ayının ikinci yarısında keçirilməsi təklif edilib.
Elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat təcrübələrinin gedişatı barədə dekan müavini Vüsal Məmmədov məlumat verib. O, proseslərin plan üzrə davam etdiyini bildirib.
Cari məsələ olaraq Yarımkeçiricilər fizikası kafedrasının müəllimi Fidan Əhmədovanın elmlər doktoru proqramı üzrə doktoranturaya sənəd verməsi məsələsinə baxılıb və müsbət qərar qəbul olunub.
Həmçinin, Keyfiyyət təminatı mərkəzinin apardığı yoxlamaların nəticəsi olaraq kafedralara təqdim olunmuş məktubda əksini tapmış çatışmazlıqların aradan qaldırılması üzrə müzakirələr aparılıb.