Əməkdaşımız şagirdlərə robototexnika barədə danışıb
Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Sara Rəhimzadə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə şagirdlərdə yaşına uyğun innovativ vərdişlərin yaradılması, onların texniki yaradıcılıq potensialının və alqoritmik düşüncə bacarıqlarının artırılması məqsədilə keçirilən “Kiçik mühəndislər” adlı maarifləndirici təlimə təlimçi qismində dəvət olunub. 9 dekabr 2022-ci il tarixində S.Rəhimzadə əsasən şagirdlərin iştirak etdiyi seminarda “Robototexnika” mövzusunda çıxış edib. O, robototexnika, onun inkişaf mərhələləri, şagirdlərdə ixtiraçılıq bacarıqlarının formalaşmasında robototexnika məşğələlərinin rolu barədə danışıb, bu sahənin inkişafının müxtəlif sənaye sahələrində tərəqqiyə töhvə verəcəyini, məktəblilər üçün robototexnika üzrə təlimlərin təşkilinin gələcəkdə bu sahədə mütəxəssislərin yetişməsində əhəmiyyətli rolu olacağını bildirib.
Sonda şagirdlər hazırladıqları əl işlərini nümayiş etdiriblər və fərqlənən şagirdlər sertifikatla mükafatlandırılıblar.