Fiaika fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilmişdir
Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyəti fəaliyyətini onlayn formada davam etdirir.
27 aprel 2021-ci il tarixində Fizika Fakültəsi TEC-in ''Fizika bu gün'' adlı onlayn elmi seminarı Microsoft Teams platforması üzərindən keçirildi. Seminarda fakültə müəllimləri, qonaqlar, TEC üzvləri, dekan müavinləri və tələbələr iştirak etdilər. Seminar TEC-in elmi rəhbəri dos. Arif Orucovun çıxışı ilə başladı. Arif Orucov seminarların tələbələrin elmi biliyinin və elmi tədqiqata maraqlarının artırılmasında, auidotoriya qarşısında çıxış etmək qabiliyyətinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etdi. Seminarda SABAH qrupları III kurs tələbəsi Şəbnəm Qurbanova "Qamma şüalanması", III kurs FzM 157-ci qrup tələbəsi Gülnaz Kərimzadə "Ultrabənövşəyi şüalarla bəzi xəstəliklərin müalicəsinin fiziki tərəfləri", I kurs FzM 199-cu qrup tələbəsi Zaur Əskərov "Paskal qanununun təcrübi və nəzəri isbatı" mövzularında çıxışlar etdilər. Hər üç məruzə ətrafında müzakirələr aparıldı və məruzəçilər sualları cavablandırdılar.