“Fizika bu gün” adlı növbət elmi seminar keçirilib
11 may 2023-cü il tarixində Fizika fakültəsinin “Fizika bu gün” adlı növbət elmi seminarı keçirilib. Seminarda fakültənin 2-ci kurs Fzm215 qrup tələbələri Fətəlizadə Nazənim və Abdullayeva Aysel “Yarımkeçiricilərin həyatımızda rolu”, 1-ci və 4-cü kurs tələbələri Ağazadə Gülçin və Abışova Aydan “Zəlzələ” adlı məruzələrdə çıxış ediblər
Fətəlizadə Nazənim və Abdullayeva Aysel yarımkeçiricilərin yaranma tarixi, bu istiqamətdə olan elmi kəşflər, yarımkeçirici cihazların iş prinsipi, növləri barədə ətraflı məlumat veriblər. Onlar yarımkeçirici cihazların inkişaf mərhələləri barədə danışıb müasir dövrdə məişətdə və texnologiyada yarımkeçirici cihazlarin rolunu dəyərləndiriblər.
Ağazadə Gülçin və Abışova Aydan zəlzələlərin əmələ gəlmə səbəbləri, baş vermə mexanizmləri barədə danışıb zəlzələni xarakterizə edən parametrlər, onların hesablanması, zəlzələnin modelləri haqda, tarixdə baş vermiş dəhşətli zəlzələlər barədə məlumat veriblər.
Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı.