“Fizika bu gün” adlı növbət elmi seminar keçirilib
27 aprel 2023-cü il tarixində Fizika fakültəsinin “Fizika bu gün” adlı növbət elmi seminarı keçirilib. Seminarda fakültənin 2-ci kurs Fzm218 qrup tələbəsi Bağırova Nüşabə “Atom bombasının dağıdıcı təsiri”, 2-ci kurs Fzm216 qrup tələbəsi Musayeva Gülşən “Qrafitin möcüzələri” adlı məruzələrdə çıxış etmişdilər.
Bağırova Nüşabə atom bombası və onun dağıdıcı təsiri haqqında, həmçinin parçalanma reaksiyası olan Uran235 atomunun reaksiyası haqqında da genış məlumat vermişdir. Atom bombasının partlaması zamanı yaranan zərbə dalğalarının fəsadlarını, yaratdığı şüalanma xəstəliklərini və insanlarda buraxdığı psixaloji vəziyyət dəyərləndirilmişdir.
Musayeva Gülşən qrafit və almaz haqqında məlumat vermiş, onlar arasında fərqi izah etmiş, qrafitdən almazın necə əldə etməyin rolunu demiş və qrafit və almazın tətbiq sahələrini vurğulamışdır. Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı.