“Fizika bu gün” adlı növbət elmi seminarı keçirilib
6 aprel 2023-cü il tarixində Fizika fakültəsinin “Fizika bu gün” adlı növbət elmi seminarı keçirilib. Seminarda fakültənin 2-ci kurs Fzm220 qrup tələbələri Nəhmədova Rəhimə və Hüseynzadə Jalə “Rentgen şüaları”, 2-ci kurs Fzm215 qrup tələbəsi Mahmudova Aygün “Səs dalğaları” adlı məruzələrdə çıxış ediblər.
Nəhmədova Rəhimə və Hüseynzadə Jalə rentgen şüalarının kəşfi, həyatımızda rolu, səpilməsi, udulması və difraksiyası haqqında ətraflı məlumat veriblər. Onlar, həmçinin rentgen şüalarının tibbdə və texnikada tətbiqi barədə danışıb müasir dövrdə həyatımızdakı rolunu dəyərləndiriblər.
Mahmudova Aygün səs dalğaları, dalğaların növləri və onların şkalaları haqqında, həmçinin səs dalğasının şkalasından olan ultrasəsin tibbdə tətbiqi olan ultrasəs müayinəsi haqqında da məlumat vermişdir. Hazırda ultrasəs müayinəsi tibbdə ən çox istifadə olunan müayinə üsullarından biridir. Qeyd edək ki, ultra səs müayinəsi şüa deyildir. Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı.