“Fizika bu gün”adlı növbəti elmi seminarı keçirilib
28 fevral 2023-cü il tarixində Fizika fakültəsinin “Fizika bu gün”adlı növbəti elmi seminarı keçirilib. Seminarda fakültənin 2-ci kurs FzM 220 qrup tələbəsi Könül Əhmədova “Fizika alimləri”, 1-ci kurs Fzing 12 qrup tələbəsi İsrafil Yusublu “Xüsusi nisbilik nəzəriyyəsi”adlı məruzələrdə çıxış ediblər.
Könül Əhmədova Fizika elminin baniləri olan İsaak Nyuton, Arximed,Qalileo Qaliley və Albert Eynşteyn haqqında ətraflı məlumat vermişdir. Slaydda bu alimlərin həyat və yaradıcıllıqları, ixtiraları haqqında ətraflı məlumat qeyd olunmuşdur. Sonda hər bir alimə məxsus olan aforizmləri auditoriyaya çatdırdı.
İsrafil Yusublu nisbilik nəzəriyyəsində “Qaliley çevrilmələri”; “Lorens çevrilmələri” haqqında ətraflı məlumat verdi. Eksperimental nöqteyi-nəzərdən “Eynşteynin nisbilik prinsipi” haqqındakı təcrübəni ətraflı danışdı. Daha sonra Eynşteynin postulatları haqqında müşahidə xarakterli məlumatları slaydda təqdim etdi. Son olaraq vurğuladı ki, “Eynşteynin nisbilik nəzəriyyəsi”nin nəticəsi olaraq zaman nisbidir.
Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı.