“Fizika bu gün” adlı növbəti elmi seminarı keçirilib
16 mart 2023-cü il tarixində Fizika fakültəsinin “Fizika bu gün” adlı növbəti elmi seminarı keçirilib. Seminarda fakültənin 2-ci kurs Fzm217 qrup tələbəsi Əhmədova Fatimə “Optik cihaz – optik eynək” 2-ci kurs Fzm216 qrup tələbəsi Məmmədzadə Arzu “Sensor ekranlar” adlı məruzələrdə çıxış ediblər.
Əhmədova Fatimə eynəyin yaranma tarixi, onun funksiyaları, ümumi növləri, müxtəlif görmə problemləri və bu halda istifadə olunacaq optik eynəklər və onların yerinə yetirdikləri funksiyalar barədə geniş məlumat vermişdir. Sonda eynəyin xüsusilə optik eynəyin həyatımızda önəmli rola malik olduğunu qeyd etmişdir.
Məmmədzadə Arzu sensor ekranları, onların kəşfi, işləmə prinsipləri, nədən təşkil olunduqları və onların həyatda rolu haqqında məlumat vermişdir. Sensor ekranların növləri və xüsusiyyətləri barədə məlumatı da vurğulamışdır. Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı.