Fizika fakültəsi Elmi Şurasının 2025-2026-cı tədris ilində ilk iclası keçirilib
17 sentyabr 2025-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının 2025-2026-cı tədris ilindəki ilk iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- 9th INTERNATIONAL CONFERENCE: "MTP-2025" beynəlxalq elmi konfransının təşkili və keçirilməsi, hazırlıq işlərinin vəziyyəti
- Doktorantların attestasiyası
- Magistratura səviyyəsi üzrə ixtisaslaşmaların tədris planının və Dövlət Standartının müzakirəsi.
- Fizika fakültəsində 2025/2026-cı tədris ilinin dərs yükünün bölünməsi haqqında.
- Cari məsələlər
I məsələ ilə bağlı fakültə dekanı məlumat verib, konfransa hazırlıqla bağlı görülmüş və görülməli olan işlərdən danışıb. II məsələ ilə bağlı hər bir doktorantın qısa hesabatı dinlənildikdən sonra fərdi planda nəzərdə tutulan öhdəlikləri yerinə yetirdiklərini görə onların ilik fəaliyyətinin qənaətbəxş hesab edilməsi və attestasiyadan keçirilməsi barədə qərar qəbul olunub. Beləliklə, 12 fəlsəfə və 2 elmlər doktoru proqramı üzrə doktorant attestasiyadan keçmiş hesab olunub. Digər məsələlər barədə müzakirələr aparıldıqdan sonra Elmi Şuranın iclası başa çatıb.