Fizika fakültəsi Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib
10 İyul 2024 14:03

10 iyul 2024-cü il tarixində Fizika fakültəsi Elmi Şurasının 2023-2024-cü tədris ilindəki sonuncu iclası keçirilib. İclasın gündəliyinə 2023-2024 tədris ilinin ikinci yarısında Fizika fakültəsinin fəaliyyətinə dair hesabat daxil edilib. Fakültənin hesabatını dekan Bəxtiyar Paşayev təqdim edib. O, bir çox istiqamətlərdə fakültənin fəaliyyətində irəliləyişlər olduğunu qeyd edib, fakültənin tədris və elmi fəaliyyətdə əldə etdiyi nailiyyətlərə dair faktları rəqəmlərlə göstərib. Həmçinin sosial sahədə görülmüş işlər barədə məlumat verilib. Fakültənin həyatına dair bir sıra məsələlər müzakirə olunduqdan sonra Elmi Şuranın iclası başa çatıb.
Son XƏBƏRLƏR
22.09.2026 | 15:36
Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib
18.09.2026 | 09:09
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
04.09.2026 | 10:57
Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
28.08.2026 | 10:59
Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
10.07.2026 | 13:43