Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
02 oktyabr 2023-cü il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1) Fizika fakültəsinin bakalavriat və magistratura pilləsinin 1-ci kursuna qəbul haqqında;
2) Fizika fakültəsinin 2023-2024 tədris ilinin dərs yükünün bölünməsi haqqında;
3) “Modern Trends in Physics” konfransının təşkili və keçirilməsi üzrə hazırlıq işlərinin vəziyyəti barədə;
4) Cari məsələlər.
Elmi Şuranın sədri fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək gündəliyi şura üzvlərinin müzakirəsinə təqdim etdi. Gündəlik təsdiq edildikdən sonra Bəxtiyar Paşayev ilk 3 məsələ ilə bağlı məlumat verdi. O, bakalavriat və magistratura təhsil pillələrinin I kursuna qəbulun nəticlərini iclas iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin, dərs yükü bölgüsünün tamamlandığını bildirdi. Konfransın keçirilməsi ilə bağlı Bəxtiyar Paşayev qeyd etdi ki, konfrans, tezislərin təqdim olunması qaydaları barədə məlumat fakültənin saytında dərc olunub. O, əməkdaşları konfransın işində fəal iştirak etməyə, elmi nəticələri təqdim etməyə çağırdı. Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatdı.