Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib.
27 oktyabr 2023-cü il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1) “Xalq qəzeti”nin 15 sentyabr 2023-cü il tarixli 199 (30315)-cu sayında elan olunmuş müsabiqənin keçirilməsi;
2) Doktorantların attestasiyası;
3) Cari məsələlər.
Elmi Şuranın sədri fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək gündəliyi şura üzvlərinin müzakirəsinə təqdim etdi. Gündəlik təsdiq edildikdən sonra Bəxtiyar Paşayev 1-ci məsələ ilə bağlı bildirib ki, “Xalq qəzeti”nin 15 sentyabr 2023-cü il tarixli 199 (30315)-cu sayında kafedralarda boş olan yerlərə müsabiqənin keçirilməsi barədə elan çıxıb. Belə ki, Maddə quruluşu kafedrasında boş olan 1 ştat baş müəllim, Astrofizika kafedrasında boş olan 0.5 ştat müəllim, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında boş olan 1 ştat müəllim, Optika və molekulyar fizika kafedrasında boş olan 1 ştat və 2 0.5 ştat baş müəllim, Bərk cisimlər fizikası kafedrasında boş olan 1 ştat baş müəllim, Yarımkeçiricilər fizikası kafedrasında boş olan 1 ştat baş müəllim, Fiziki elektronika kafedrasında boş olan 1 ştat baş müəllim, Nəzəri fizika kafedrasında boş olan 1 ştat professor və 0.5 ştat müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan olunub. 2023-cü il 15 oktyabr tarixinədək elanda qeyd olunan vəzifələri tutmaq üçün hər yerə bir iddiaçı ərizə ilə müraciət edib və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 7 avqust 1996-cı il tarixli 401 saylı “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq sənədləri təqdim edib. Bakı Dövlət Universitetinin rektorunun müvafiq əmri ilə yaradılmış sənəd qəbulu Komissiyası namizədlərin sənədlərini yoxlayaraq qəbul edib. Qaydaların 2.6-cı bəndinə uyğun olaraq kafedra müdiri və professor-müəllim vəzifəsinə namizədlərlə bağlı kafedralarda iclaslar keçirilib və bütün iddiaçılara iddia etdikləri vəzifələri tutmaq üçün kafedralar tərəfindən müsbət rəy verilib. Qeyd olunanlara əsasən adları çəkilən iddiaçılar fakültə Elmi Şurasının səsverməsinə buraxılıblar. Keçirilmiş gizli səsvermə nəticəsində Həsənov Niyazi Həsən oğlu Maddə quruluşu kafedrasında tam ştat baş müəllim vəzifəsinə, Əlili Aynurə Həmid qızı Astrofizika kafedrasında 0.5 ştat müəllim vəzifəsinə, Əhmədova Aidə Baba qızı Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında tam ştat müəllim vəzifəsinə, Bağırov Rafiq Mikayıl oğlu Optika və molekulyar fizika kafedrasında tam ştat baş müəllim vəzifəsinə, Əliyev Lətif Paşa oğlu Optika və molekulyar fizika kafedrasında 0.5 ştat baş müəllim vəzifəsinə, Hacıyeva Şəhla Nəbi qızı Optika və molekulyar fizika kafedrasında 0.5 ştat baş müəllim vəzifəsinə, Mustafayeva Ruhiyyə Kərəm qızı Bərk cisimlər fizikası kafedrasında tamştat baş müəllim vəzifəsinə, Məmmədov Rövşən Məmməd oğlu Yarımkeçiricilər fizikası kafedrasında tam ştat baş müəllim vəzifəsinə, Hümbətov Şirxan Ərəstun oğlu Fiziki elektronika kafedrasında tam ştat baş müəllim vəzifəsinə çalışan, Əlizadə Möhsün Rasim oğlu Nəzəri fizika kafedrasında 0.5 ştat müəllim vəzifəsinə seçiliblər. Nəzəri fizika kafedrasında tam ştat professor vəzifəsinə Əhmədov Azər İnşalla oğlunun seçilməsi barədə BDU Elmi Şurası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
2-ci məsələ doktorantların attestasiyası ilə bağlı olub. Elmi Şura üzvləri fəlsəfə doktoru proqramı üzrə Optika və molekulyar fizika kafedrasının doktorantı Surxaylı Əfsanə Ehtibar qızının, Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Xatirə Zirəddin qızı Mehtiyevanın, Maddə quruluşu kafedrasının doktorantı Jalə Zaur qızı Teymurovanın, elmlər doktoru proqramı üzrə Nəzəri fizika kafedrasının doktorantı Elnur Əhmədağa oğlu Dadaşovun II kursa keçmələri barədə qərar veriblər.
Cari məsələlərə baxıldıqdan sonra Elmi Şura işini yekunlaşdırıb.