Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib

16 dekabr 2025-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının növbəti iclası olub. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Qış imtahan sessiyasına hazırlıq
- Kafedralarda yerinə yetirilmiş elmi və pedaqoji işlər üzrə ümumi illik hesabat
- Cari məsələlər
Birinci məsələ ilə bağlı danışan Elmi Şuranın sədri fakültə dekanı Bəxtiyar Paşayev qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. O, qeyd edib ki, bütün fənlər üzrə kollokviumların keçirilməsi və tələbələrin biliyinin qiymətləndirilməsi məsələlərinə nəzarət təmin olunub, imtahan biletlərinin hazırlanması və imtahan cədvəllərinin tərtib olunması həyata keçirilib. İkinci məsələ ilə bağlı fakültənin kafedra müdirləri çıxış ediblər. Onlar kafedralarda keçirilmiş elmi seminarlar, açıq dərslər barədə, kafedra əməkdaşları tərəfindən dərc olunmuş elmi məqalələr və onların elmi konfranslarda iştirakı barədə danışıblar. Eləcə də, nüfuzlu xarici elmi jurnallarda və BDU-nun “Journal of Physics & Space Sciences” adlı elmi jurnalda dərc olunmuş elmi məqalələr və onlara olan istinadlar barədə məlumat təqdim olunub.
Cari məsələ olaraq I kurs doktorantların dissertasiya movzu və elmi rəhbərlərin təsdiqi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.