Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib
24 iyun 2024-cü il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasıb gündəliyinə Optika və molekulyar fizika, Maddə quruluşu, Ümumi fizika və fizikanın tədrisi metodikası, Fiziki elektronika, Nanomaterialların kimyəvi fizikası kafedrası üzrə boş olan dosent, müəllim, Maddə quruluşu kafedrasına boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün seçkinin keçirilməsi məsələsi daxil edilib. Elmi Şuranın sədri, dekan Bəxtiyar Paşayev bildirdi ki, “Xalq qəzeti”nin 2024-ci il 09 may tarixli (№ 95 (30499)) buraxılışında dərc olunmuş elan əsasında Fizika fakültəsi üzrə boş olan 1 ştat dosent vəzifəsini tutmaq üçün Nanomaterialların kimyəvi fizikası kafedrasına 1 iddiaçı – dosent Paşayev Faiq Heydər oğlu, Optika və molekulyar fizika kafedrasına 1 iddiaçı – dosent Abbasova Gültəkin Cümşüd qızı, Maddə quruluşu kafedrasına 2 iddiaçı – dosent Həsənov Niyazi Həsən oğlu, müəllim Ağayeva Leyla Namiq qızı, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında boş olan 1 ştat müəllim yerinə yerinə 1 iddiaçı – müəllim İsmailova Radifa Nizamiyevna, Fiziki elektronika kafedrasında boş olan 0.5 ştat müəllim yerinə yerinə 1 iddiaçı – müəllim Aslanova Əminə Rasim qızı, Maddə quruluşu kafedrasına isə kafedra müdiri vəzifəsini tutmaq üçün 1 iddiaçı - professor Əbdülvahabova Sacidə Qafar qızı ərizə ilə müraciət etmişdir. BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiya onların təqdim etdikləri sənədləri yoxlayaraq qəbul etmişdir. “Qaydalar”ın 2.5-ci bəndinə əsaslanaraq seçkidə iştirak edən hər namizədin peşə-ixtisas hazırlığı haqqında məlumatları və kafedranın inkişafı ilə bağlı platformaları dinlənildi. Elmi şura üzvlərinin açıq səsverməsi ilə adları çəkilən iddiaçılar (namizədlər) gizli səsverməyə buraxıldı və gizli səsvermədən sonra iddiaçılar yekdilliklə iddia etdikləri vəzifələrə seçiliblər.