Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib

29 oktyabr 2025-ci il tarixində Fizika fakültəsi Elmi növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- I kurs magistr dissertasiya işlərinin mövzu və rəhbərlərinin təsdiqi
- IV kurs tələbələrinin buraxılış işlərinin mövzu və elmi rəhbərlərinin təsdiqi
- ARETN-nin illik hesabatına daxil edilmək üçün fakültədə 2024-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsi
- Cari məsələlər
Elmi Şuranın sədri fakültə dekanı Bəxtiyar Paşayev Gündəlikdəli I və II məsələ ilə bağlı danışaraq magistr dissertasiya işlərinin mövzu və rəhbərləri, eləcə də IV kurs tələbələrinin buraxılış işlərinin mövzu və elmi rəhbərlərin ilə bağlı kafedralardan daxil olan təkliflər əsasında tərtib olunmuş siyahıları Elmi Şura üzvlərinə təqdim etdi. Açıq səsvermə ilə təqdim olunan siyahılar təsdiq olundu. Həmçinin, ARETN-nin illik hesabatına daxil edilmək üçün fakültədə 2024-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri də müzakirə olunaraq qəbul edildi.
Digər məsələlər müzakirə olunduqdan sonra Elmi Şuranın iclası başa çatıb.