Fizika fakültəsi məzunlarının görüşü keçirilib

17 iyun 2026-cı il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsini 2000-ci ildə bitirmiş məzunların görüşü keçirilib. BDU ilə ilk tanışlıqlarının 30 illiyi münasibətilə toplaşan məzunlar əvvəlcə Fizika fakültəsinin təhbərliyi və tələbəlik illərində onlara dərs keçmiş müəllimllərlə görüşüblər. Görüşdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Optika və molekulyar fizika kafedrasının müdiri Rəna Qasımova və həmin kafedranın laboratoriya müdiri Yaxşıxanım Bədəlova, Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, kafedranın professoru Sərhəddin Abdullayev, Bərk cisimlər fizikası kafedrasının müdiri Mehdi Mahmudov, Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva, Fiziki elektronika kafedrasının professoru Tərlan Hüseynov, Fəlsəfə fənnini tədris etmiş Ada Namazova, Riyazi analiz fənnini tədris etmiş Qurban Qurbanov, Psixologiya fənnini tədris etmiş Svetlana Məcidova iştirak ediblər. Sevimli müəllimləri ilə görüşən məzunlar tələbəlik illəri ilə bağlı xatirlərini bölüşüblər. Sonra məzunlar adından müəllimlərə dəyərli hədiyyələr verilib. Məzunlar vaxtilə dərs keçdikləri auditoriya və laboratoriyalarda olublar, Universitetdə yeni yardılmış Tələbə Elmi-texniki Yaradıcılıq Mərkəziinə, Tələbə Məkanına, Ekoməkana, Muzeylərə baş çəkiblər. Onlara Bakı Dövləti Universitetində son illər həyata keçirilmiş işlər barədə məlumat verilib, həmin işlərin nəticəsi olaraq tədris və tədqiqat sahəsində müsbət istiqamətdə önəmli keyfiyyət dəyişikliklərinin baş verdiyi diqqətə çatdırılıb. Universitetin böyük uğurlara imza atdığı, həmin uğurlar arasında BDU-nun bir sıra beynəlxalq reytinq sıralamalarında əhəmiyyətli dərəcədə irəliləyərək yüksək yerlər tutduğu bildirilib.