Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib
04 mart 2024-cü il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Fizika bu gün” adlı elmi seminarı keçirilib. Seminarda fakültənin lll kurs FzM 216 qrup tələbəsi Aytac İsayeva “Li-Fi texnologiyası” adlı məruzəsində ekoloji təmiz enerji mənbələrindən biri olan Li-Fi texnologiyası və onun işləmə prinsipi haqqında danışıb. Sonra lll kurs FzM 218 qrup tələbəsi Nüşabə Bağırova “İnformasiyanın ötürülməsi üsulları” adlı məruzə ilə çıxış edib və informasiyanın fiziki, həmçinin simsiz vasitələrlə ötürülməsi haqqında məlumat verib.O həmçinin birinci, ikinci və üçüncü kosmik sürətləri izah edib.Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələr aparılıb.