Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib

11 dekabr 2025-ci il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Fizika bu gün” adlı elmi seminarının növbəti iclası keçirilib. Seminarda fakültənin III kurs FzMing04-cü qrup tələbəsi Şahanə İsaqova “Nanotexnologiya – su təmizlənməsinə müasir yanaşma”, II kurs FzM280-ci qrup tələbəsi Tünzalə Behbudzadə “Ekoloji təhlükəsizlik və ətraf mühitin qorunması” mövzularında çıxış ediblər.
Şahanə İsaqova suyun təmizlənməsi üçün istifadə olunan texnologiyalar barəsdində danışıb və hazırda nanotexnologiyanın tətbiqi ilə bu məqsədlə yeni metodların öyrənildiyini, təcrübələrin nəticələrinin qənaətbəxş olduğunu bildirib.
Tünzalə Behbudzadə əsrimizin əsas problemi olan ətraf mühitin qorunması istiqamətində görülən işlər, COP konfransları, alternativ enerji mənbələrinin istifadəsinin nəticələri barədə, Azərbaycan dövləti tərəfindən ekoloji təhlükəsizliyin təmin olunması üzrə görülən işlər barədəməlumat verib. Tələbələr elmi ədəbiyyatın təhlili əsasında maraqlı məlumatlar təqdim ediblər. Onların məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələr aparılıb.