Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib

18 noyabr 2025-ci il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib. Seminarda II kurs tələbələri Mirzəyeva Ülkər "Fotonlar və optik kvant rabitə”, Fərəcov Elnur “Termodinamika qanunları və gündəlik həyatımız” mövzularında məruzələrlə çıxış ediblər. Tələbələr mövzular üzrə apardıqları araşdırmaların nəticəsi olaraq maraqlı məlumatlar təqdim ediblər. Seminarda iştirak edən professor Niftalı Qocayev tələbələrin elmi araşdırmalara həvəs göstərmələrinin yaxşı tendensiya olduğunu qeyd edib, bu gün çıxış edənlərin əməyinə yüksək qiymət verib və dəyərli tövsiyələrini çatdırıb. Çıxışlar maraqla qarşılanıb və məruzəçilər tərəfindən çoxsaylı suallar cavablandırılıb.