Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib
24 oktyabr 2024-cü il tarixində Fizika fakültəsinin “Fizika bu gün” adlı elmi seminarının 2023-2024 tədris ilində ilk iclası keçirilib. Seminarda əvvəlcə fakültənin Fizika fakültəsi FZB024S Sabah qrupu tələbəsi Lamiyə Rəsulova “Çirkli suların yuyulması” adlı məruzə təqdim edib. O, çirkli suların təmizlənməsi üçün istifadə olunan membran texnologiyası və nanofiltrasiya metodu barədə ətraflı məlumat verib, həmin texnologiyaları tətbiq edildi sahələr, onların fərqli və oxşar cəhətləri, üstünlükləri və çatışmazlıqları barədə danışıb. Sonra III kurs Fz232-ci qrup tələbəsi Səlimə Xalıqova “Qravitasiya dalğaları və Neytron ulduzların toqquşması. LİGO və Virgo rəsədxanaları” mövzusunda məruzə edib. O, qravitasiya dalğalarının çox zəif olması səbəbindən onların Yer səthində qeydə alınması üçün xüsusi rəsədxanalar qurulduğunu qeyd edib. Bunlar ABŞ-da qurulmuş 2 LİGO və İtaliyada qurulmuş Virgo rəsədxanalarıdır. Həmin rəsədxanalarda gedən və qayıdan lazer şüalarının faza sürüşməsi qravitasiya dalğalarının təsiri ilə mövcudluğunu göstərir. Məruzəçi Neytron ulduzları, onların toqquşması barədə elmi məlumatları təqdim edib.Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı.