Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib
27 may 2025-ci il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Fizika bu gün” adlı elmi seminarının növbəti iclası keçirilib. Seminarda fakültənin I kurs FZ271-ci qrup tələbəsi Şəbnəm Əliyeva “Bose-Eynşteyn kondensatı” mövzusunda məruzəsində kondensatın kəşfi, tətbiqinin əsas prinsipləri, Dopler effekti barədə danışıb. Sonra II kurs Fz252-ci qrup tələbəsi Pünhan Gözəlov “Elektromaqnit dalğaları nədir” mövzusunda çıxış edərək elektromaqnit sahə nəzəriyyəsi, elektromaqnit dalğasının fiziki xüsusiyyətləri, ətraf mühitə təsiri barədə məlumatları təqdim edib. Hər iki tələbənin məruzəsi maraqla dinlənilib və müəllimlər tərəfindən yüksək qiymətləndirilib.