Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib
14 may 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlər çərçivəsində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Fizika bu gün” adlı elmi seminarı keçirilib. Seminarda fakültənin lll kurs FzM 220 qrup tələbəsi Rəşad Fərzizadə “Fotosintez prosesi” adlı məruzəsində fotosintez prosesi, həmin prosesin baş vermə mexanizmi və canlı aləmdə oynadığı rol haqqında danışıb. Sonra lll kurs FzM 220 qrup tələbəsi Tükəzban Səyyadova “Günəş enerjisi” adlı məruzə ilə çıxış edib və günəş enerjisinin elektrik enerjisinə çevrilməsi mexanizmi, həmin enerjidən istifadənin faydaları və Azərbaycanda günəş enerjisinin istehsalı üzrə görülmüş işlər haqqında məlumat verib.Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələr aparılıb.