Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin seminarı keçirilib
11 may 2023-cü il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. Seminarda fakültənin II kurs tələbələri Nazənim Fətalizadə və Aysel Abdullayeva “Yarımkeçiricilərin həyatımızda rolu” mövzusunda çıxış ediblər. Məruzəçilər yarımkeçiricilərin yaranma tarixi, bu istiqamətdə olan elmi kəşflər, yarımkeçirici cihazların iş prinsipi, növləri barədə ətraflı məlumat veriblər. Onlar yarımkeçirici cihazların inkişaf mərhələləri barədə danışıb, müasir dövrdə məişətdə və texnologiyada yarımkeçirici cihazların rolunu dəyərləndiriblər. Sonra I və IV kurs tələbələri Gülçin Ağazadə və Aydan Abışova “Zəlzələ” mövzusunda çıxış edblər. Məruzəçilər zəlzələlərin əmələ gəlmə səbəbləri, baş vermə mexanizmləri barədə danışıb, zəlzələni xarakterizə edən parametrlər, onların hesablanması, zəlzələlərin modelləri haqda, tarixdə baş vermiş dəhşətli zəlzələlər barədə məlumat veriblər. Məruzələr maraqla qarşılanıb, məruzələr ətrafında müzakirələr aparılıb. Eyni zamanda TEC üzvü olan tələbələrin müxtəlif problemlərin həllinə yönəlmiş layihələr hazırlamaları, bu layihələri müxtəlif qrant müsabiqələrinə təqdim etmələri tövsiyə olunub.