Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının tədbiri keçirilmişdir
27 Mart 2021 12:26

27.03.2021-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Uğurun iç səsi" adlı vebinar keçirildi. Tədbiri fakültə TGT-nin sədr müavini və tədbirin təşkilatçısı Ləman Pənahova açaraq sözü tədbirə dəvət olunmuş gənc və istedadlı ifaçı Murad Azərliyə verdi. Murad Azərli tələbələri salamlayaraq öz uğurundan danışdı. Ardınca isə o, iştirakçıların istəklərini nəzərə almaqla müxtəlif mahnılar, o cümlədən şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısını canlı ifa etdi. Sonda Ləman Pənahova başda Murad Azərli olmaqla tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Son XƏBƏRLƏR
22.06.2026 | 16:59
Bərk cisimlər fizikası kafedrasında elmi seminar keçirilib
18.06.2026 | 09:07
BDU QS reytinqində 565-ci yerə yüksəldi
17.06.2026 | 17:15
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
17.06.2026 | 13:47
Fizika fakültəsi məzunlarının görüşü keçirilib
11.06.2026 | 22:33