Fizika Fakültəsində 14 Aprel- Ümumdünya Kvant günü qeyd olunub

Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "14 Aprel- Ümumdünya Kvant günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Fizika Fakültəsi Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəblinin çıxışı edib. O, kvant gününün tarixi, kvant nəzəriyyəsi barədə geniş məlumat təqdim edib.
Daha sonra fakültənin 1ci kurs tələbəsi Rahidə Astanlı Kvant günü ilə bağlı hazırladığı slaydı təqdim edib.Tədbirin davamında fakültənin tələbələrinin Kvant günü ilə bağlı hazırladığı videoçarx təqdim olunub.
Sonda tələbələrin öyrəndiklərinin yoxlanılması və tədbirin onlara nə qədər faydalı olduğunu öyrənmək məqsədilə test tipli yarış keçirilib. 1, 2 və 3-cü yer qaliblərinə sertifikatlar təqdim olunmaqla tədbir yekunlaşıb.