Fizika fakültəsində 20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı tədbir keçirilib
19 yanvar 2024-cü il tarixində Fizika fakültəsində 20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilib. Tədbiri fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Lamiyə Həmidova açıb. Sonra Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev və dekan müavini Məhəmməd Məhərrəmov 20 Yanvar faciəsi, həmin faciənin baş verdiyi tarixi şərait, bu faciəni törədənlərin məqsədləri barədə tələbələrə ətraflı məlumat verib, xalqımızın tarixində baş vermiş faciəvi hadisələrin daima xatırlanmalı olduğunu vurğulayıblar. Sonra IV kurs tələbələri Fatimə Tağıyeva və Fatimə Qədəşova Bəxtiyar Vahabzadənin və Məmməd Aslanın 20 Yanvar şəhidlərinə həsr etdiyi “Şəhidlər” və “Qərənfil” şeirlərini söyləyiblər. Tədbirin sonunda 20 Yanvar hadisələri barədə videoçarx nümayiş olunub.