Fizika fakültəsində 31 mart Azərbaycanlıların soyqırımı günü qeyd olunub
31 mart 2024-cü il tarixində Fizika fakültəsində Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış edərək, xalqımızın tarixində əlamətdar günlərin olduğu kimi, faciələrin anıldığı günlərin də olduğunu qeyd edib. O, 31 mart soyqırımı günüilə bağlı tələbələrə geniş məlumat verib, hər birimizin belə tarixi günlərdən dərs almalı olduğumuzu, düşmənləri tanımalı olduğumuzu diqqətə çatdırıb. I kurs tələbəsi Fərqanə Əliyeva sənədli materaialları təqdim edərək 31 mart soyqırımı ərəfəsi ölkədəki vəziyyət, hadisənin törədilməsinə rəhbərlik edənlər, erməniləin vəhşilikləri barədə ətraflı məlumat verib. I kurs tələbəsi Cövhər Müseyibova soyqırımı hadisəsinə həsr olunmuş şer oxuyub. Sonda videoçarx nümayiş olunub.