Fizika fakültəsində 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı tədbir keçirilib
7 mart 2024-cü il tarixində Fizika fakültəsində Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri TGT-nin sədri Tərlanə Pənahova açaraq sözü təbrik üçün fakültə dekanı Bəxtiyar Paşayevə verib. Bəxtiyar Paşayev cəmiyyətimizdə qadınların rolu barədə danışaraq tədbirdə iştirak edən qadın əməkdaşları və tələbələri təbrik edib. Sonra I kurs FzM 260-cı qrup tələbəsi Fərqanə Əliyeva 8 Mart gününün tarixi, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gender siyasəti, Azərbaycan qadınlarının uğurları barədə maraqlı məruzə ilə çıxış edib. I kurs FzM 260-cı qrup tələbəsi Cövhər Müseyibova qadınlara həsr olunmuş şer söyləyib. Sonda videoçarx nümayiş olunub.
Fizika fakültəsinin rəhbərliyi və bütün kişi əməkdaşları adından fakültənin qadın əməkdaşlarını və tələbələrimizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara gözəl həyat və uğurlar arzulayırıq.