Fizika fakültəsində 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı tədbir keçirilib
7 mart 2025-ci il tarixində Fizika fakültəsində Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə fakültə dekanı Bəxtiyar Paşayev, dekan müavini Məhəmməd Məhərrəmov, Optika və molekulyar fizika kafedrasının müdiri professor Rəna Qasımova, Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova çıxış edərək müasir dövrdə qadınların cəmiyyətdə rolu və yeri barədə danışıblar və tələbə qızlara tövsiyələrini verib, onları bayram münasibətilə təbrik ediblər. Fakültənin I kurs FzM278-ci qrup tələbəsi Məryəm Bədirova Cəfər Cabbarlının “Ana” şerini söyləyib. 8 Mart gününün tarixi, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gender siyasəti, Azərbaycan qadınlarının uğurları barədə maraqlı videoçarx nümayiş olunub.
Fizika fakültəsinin rəhbərliyi və bütün kişi əməkdaşları adından fakültənin qadın əməkdaqşlarını və tələbələrimizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara gözəl həyat və uğurlar arzulayırıq.