“Zəfər Günü” ilə bağlı tədbir keçirilib
5 Noyabr 2022 12:00
5 noyabr 2022-ci il tarixində Fizika fakültəsində 8 Noyabr "Zəfər Günü" İlə bağlı tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi, Professor-müəllim heyəti, tələbələr, mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyadxan Əliyev və dekan müavini Etibar Əhmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan fakültənin sosial məsələlər üzrə dekan müavini Məhəmməd Məhərrəmov tələbələrin hazırladığı kompozisiyanı təqdim etdi. Təqdimatda Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi, bu yolda qarşısına çıxan maneələr, böyük güclərin regionumuzla bağlı mənfur planları barədə danışıldı, tələbələr səhnəciklər nümayiş etdirdilər. Təqdimatın sonunda bütün iştirakçılar Azərbaycanın Dövlət Himnini ifa etdilər. Sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Dekan müavini Məhəmməd Məhərrəmov iki il əvvəl qazanılmış zəfərin xalqımızın tarixində əvəzsiz yeri olduğunu, türk dünyasının ən böyük zəfərlərindən biri olduğunu qeyd etdi. O, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ilin 10 noyabrında atəşkəs haqqında bəyanatı imzalamaqla üç rayonumuzun işğaldan bir şəhid vermədən azad edilməsini xalqımız qarşısında önəmli bir xidmət olduğunu bildirdi. Demək olar ki, bütün dünyanın siyasi təzyiqlərinə sinə gərən, bütün diplomatik həmlələri məharətlə dəf edən Müzəffər Ali Baş Komandan İlham Əliyev özü bir tarix yazdı və adı həmişəlik olaraq Azərbaycanın tarixinə yazıldı. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Zəfər Günü ilə bağlı fikirlərini bölüşdü, 44 günlük savaşın gətirdiyi qələbənin xalqımızın Qarabağ, Şuşa nisgilinə son qoyduğunu qeyd etdi, bir vaxtlar Qarabağ həsrəti ilə yazmış olduğu şeri söylədi. Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov və dekanı Ziyatxan Əliyev də tədbirdə çıxış etdilər, öz ürək sözlərini iştirakçıların diqqətinə çatdırdılar. Fizika fakültəsinin III kurs FZM 195-ci qrup tələbəsi Xatimə 44 günlük ikinci Qarabağ savaşı müddətində baş verənlər barədə xronoloji ardıcıllıqla məlumat verdi, şəhərlərimizin azad olunduğu zəfər tarixlərini bir daha yada saldı.
Son XƏBƏRLƏR
17.11.2024 | 11:33
17 Noyabr - Milli Dirçəliş Günüdür
14.11.2024 | 15:40
BDU-nun yeni unikal layihəsi – Universitetdə “EKO MƏKAN”
12.11.2024 | 19:12
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür
09.11.2024 | 21:48
Milli varlığımızın rəmzi – Azərbaycan bayrağı!
09.11.2024 | 21:25