Fizika fakültəsində Anım Günü ilə bağlı dərslər keçirilib
Bu gün Fizika fakültəsində ilk dərslər 27 Sentyabr Anım Gününə həsr olunub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültə rəhbərliyi və müəllimlər tələbələrə Anım Günü ilə bağlı məlumat verərək, 3 il əvvəl 44 günlük ikinci Qarabağ savaşında Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər barədə danışıblar. Qeyd olunub ki, həmin savaşda üç minə yaxın azərbaycanlı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verərək şəhid olublar. Sonrakı üç il ərzində də düşmən təxribatı nəticəsində şəhidlərimiz olub. 2023-cü ilin sentyabrında Azərbaycanın qəhrəman oğulları məsələni həll edərək Azərbaycan dövlətinin suverenliyini tamamilə bərpa edib. Bu gün Qarabağın bütün şəhərlərində Azərbaycan bayrağı dalğalanır və bu qüruru bizə qəhrəman əsgərlərimiz yaşadırlar. Şəhidlərimizin əziz xatirəsi daima xalqımız tərəfindən əziz tutulur. Tələbələrə bildirildi ki, vətən uğrunda canlarını qurban verənlər öz borclarını şərəflə yerinə yetirdilər. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən tələbələrimiz də şəhidlərimizin xatirəsini əziz tutaraq öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar. Xüsusən tələbələr yaxşı oxumalı, müasir biliklərə yiyələnməli, müasir dünyagörüşünə malik olmalı, dövlətimiz və xalqımız üçün yararlı bir mütəxəssis kimi yetişmək üçün yorulmadan çalışmalıdırlar.