Fizika fakültəsində Bilik günü qeyd olunub
15 sentyabr 2025-ci il tarixində BDU Fizika fakültəsində I kurslarda ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub. Fakültə dekanı Bəxtiyar Paşayev, dekan müavinləri və müəllimlər tələbələri təbrik edərək BDU-nun və Fizika fakültəsinin tarixi barədə məlumat veriblər. 2025-ci ildə Böyük Qələbəmizin 5 illiyinin qeyd olunacağını diqqətə çatdıraraq gənclərimizin tədrisdə fəal olmalarının, Vətənimiz üçün layiqli, savadlı, yüksək dünyagörüşünə malik mütəxəssislər kimi yetişməli olduqlarının vacibliyini bildiriblər. Tələbələrə fakültənin tədris və elmi fəaliyyət imkanları haqqında danışılıb, daxili nizam-intizam qaydalarına riayət etməyin vacibliyi vurğulanıb.