Fizika fakültəsində diplom və dissertasiya işlərinin müdafiəsi keçirilib
01-03 iyul 2024-cü il tarixlərində Fizika fakültəsinin bakalavr və magistratura təhsil səviyyəsində məzun olan təhsil alanların diplom və dissertasiya işlərinin müdafiəsi keçirilib. “Fizika” ixtisası üzrə bakalavriat təhsil səviyyəsini bitirən 100 tələbə diplom işlərini Yekun Dövlət Attestasiyası üzrə komissiyaya təqdim ediblər. Komissiya tərəfindən 60 tələbənin işi “A”, 25 tələbənin işi “B”, 15 tələbənin işi “C” ilə qiymətləndirilib.
2024-cü ildə Fizika fakültəsinin magistraturasını 17 ixtisaslaşma üzrə 72 nəfər bitirib. Həmin magistrantların dissertasiya işlərinin müdafiəsi müvafiq kafedralarda Yekun Dövlət Attestasiya komissiyalarının iclaslarında keçirilib. Təqdim olunan dissertasiya işlərindən 68-i “A”, 3-ü “B”, 1-i “C” ilə qiymətləndirilib.
Bütün məzunlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!