Fizika fakültəsində dissertasiyanın ilkin müzakirəsi keçirilib
20 iyun 2025-ci il tarixində Fizika fakültəsinin “Optika və molekulyar fizika”, “Nanomaterialların kimyəvi fizikası” kafedralarının və BDU Fizika problemləri ETİ-nin Biloji sistemlər fizikası şöbəsinin birgə elmi seminarında “Optika və molekulyar fizika” kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktorantı Əfsanə Surxaylının 2206.01- “Molekulyar fizika” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Sİ-PS və Sİ-PVX polimer nanokompozitlərin quruluşu və fiziki xassələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
“Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri professor Maarif Cəfərov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Əfsanə Surxaylı dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, BDU Fizika problemləri ETİ-nin Biofizika şöbəsinin müdiri Namiq Əhmədov və ADPU-nun Ümumi fizika kafedrasının müəllimi Aygün İbrahimli dissertasiya işi haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Əfsanə Surxaylının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Əfsanə Ehtibar qızı Surxaylının təqdim etdiyi “Sİ-PS və Sİ-PVX polimer nanokompozitlərin quruluşu və fiziki xassələri” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2206.01- “Molekulyar fizika” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.