Fizika fakültəsində elmi seminar keçirilib

03 fevral 2026-cı il tarixində Fizika fakültəsinin BDU Nanoaraşdırmalar ETL ilə birgə elmi seminarı keçirilib. Seminarda fakültənin doktorantı Hicran İbrahimova “ZrO₂ və SiO₂ nanohissəcikləri daxil edilmiş polimer kompozitlərin mexaniki, istilik və elektron xassələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə nanoölçülü SiO₂ və ZrO₂ hissəcikləri ilə modifikasiya olunmuş polipropilen (PP) və polivinilxlorid (PVX) əsaslı polimer nanokompozitlərin quruluşu və fiziki xassələrinin tədqiqi üzrə əldə olunan nəticələr təqdim edilib. Bildirilib ki, polimer əsaslı kompozit materialların tətbiq sahələri sürətlə genişlənir və bu materiallar yüksək mexaniki möhkəmlik, istilik və kimyəvi dayanıqlıq, eləcə də yaxşı elektrofiziki, elektret və optoelektron xassələrə malikdir. Tədqiqatın məqsədi nanoəlavənin miqdarından asılı olaraq müxtəlıf üstmolekulyar quruluşa malik nanokompozitlərin mexaniki, istilik, optik, elektrofiziki və elektret xassələrini kompleks şəkildə öyrənmək, optimal funksional xassələrə malik tərkibi müəyyənləşdirmək və müxtəlif xarici təsirlərdən sonra ((istilik emalı, elektrotermopolyarizasiya və qaz boşalması) struktur-morfoloji dəyişiklikləri araşdırmaq olub. Tədqiqat işində qarşıya qoyulan məqsədə catmaq ücün Конец формы
bir sıra eksperimental metodlardan – İQ spektroskopiyası, TEM, SEM, XRD, TQA, DTA, DSK və AFM kimi müasir eksperimental metodlardan istifadə edilib. Eyni zamanda istilik destruksiyası zamanı kinetik və termodinamik parametrlər hesablanıb. Nəticələr göstərib ki, nanoəlavələrin daxil edilməsi materialların mexaniki yaşama müddətini, elektret xassələrini və istilik stabilliyini artırır, funksional xüsusiyyətləri yaxşılaşdırır. Əldə olunan nanokompozit materialların sənaye və texnoloji sahələrdə geniş tətbiq potensialına malik olduğu qeyd edilib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.