Fizika fakültəsində elmi seminar keçirilib
06 aprel 2023-cü il tarixində Fizika fakültəsinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Cabbar Cabbarov “İdarə olunan termonüvə reaksiyaları və onların enerjisindən istifadə yolları” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, müasir dövrdə eneji qıtlığı artıq hiss olunmaqdadır və tədqiqatlara görə gələcəyin enerji mənbələri termonüvə reaksiyalarına əsaslanan mənbələr olmalıdır.
O, termonüvə reaksiyalarının alınmasında və onun sənaye miqyasında tətbiqində qarşıya çıxan problemlər və onların mümkün həll yolları, nəzəri və təcrübi tədqiqatlar haqqında məlumat verib.
Məruzədə hal-hazırda Fransada tikilməkdə olan İTER layihəsinin parametrləri, gözlənilən nəticələr, Amerikada Livermor Milli Tədqiqatlar mərkəzində lazer şüalanması ilə alınan termonüvə reaksiyasının parametrləri, enerji sərfi və istehsalı haqqında məlumatlar verilib, həmçinin, yaxın onillik üçün proqnozları haqqında danışılıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.